\"Səs\" qəzetində “Eurovision-2012\" mahnı yarışmasına həsr olunmuş dəyirmi masa keçirilib - FOTOSESSİYA
|Bu gün "Səs" qəzetinin redaksiyasında "Eurovision" 2012 mahnı yarışmasına həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı, Azərbaycan Respublikası Qadın Jurnalistlər Assosiyasının sədri Sevil Yusifqızı, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, əməkdar artist Firuzə İbadova və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı tədbirin əhəmiyyətindən danışıb: \""Eurovision-2012\" yarışmasının Bakıda keçirilməsinə çox şadam. Çünki bizi bütün dünya tanıyacaq. Azərbaycanın sözügedən yarışmada qalib gəlmə ehtimalı az olsa da, istərdik ki, qardaş Türkiyə qalib gəlsin. Azərbaycan musiqisi heç bir xalqda yoxdur. Həqiqətdir ki, qüsurlarımız da vardır. Azərbaycan vətəndaşları öz ölkəsindən inciyib xaricdə yaşaya bilər. Ancaq bu ona dəlalət vermir ki, bizim arxamızca danışıb dünya xalqlarına pis formada tanıtmalıdırlar".
Tədbirdə söz alan Azərbaycan Respublikası Qadın Jurnalistlər Assosiyasının sədri Sevil Yusifqızı Azərbaycanın sözügedən yarışmaya hazır olduğunu dilə gətirib. Sevil xanım bildirib ki, Azərbaycan xalqı çox vətənpərvər, eyni zamanda qonaqpərvərdir.
Daha sonra konfransda əməkdar artist Firuzə İbadova çıxış edərək "Eurovision-2012\" yarışmasının təmsilçisi Səbinə Babayevanın Azərbaycanı layiqincə təmsil edəcəyinə inandığını söyləyib: "Azərbaycan musiqiləri dəyərli və önəmlidir. Biz xarici ölkələrdə Azərbaycanı sözün əsl mənasında yaxşı təmsil etməliyik. Bir sözlə "Eurovision-2012\" yarışmasını bizə şərait yaratdı ki, musiqimizi dünya xalqlarına göstərək".
Qeyd edək ki, dəyirmi masa müzakirələrlə davam edib.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB