Gənc yazar: “24 aprel tarixində ermənilər çox böyük zərbə alacaqlar”-FOTO

Gənc yazar: “24 aprel tarixində ermənilər çox böyük zərbə alacaqlar”-FOTO

\"İRƏLİ\" Ədəbi Məclisinin start verdiyi "Gənc yazarlara dəstək" layihəsi davam edir. Layihə çərçivəsində Almanax silsiləsindən olan 3-сü: "Genosid - Almanax" kitabı da işıq üzü görəcək. Bu barədə SİA-ya kitabın müəllifi olan Orxan Muxtarlı məlumat verib. Onun sözlərinə görə, kitabda gənc yazarların Qarabağ və soyqırımı mövzularında nəsr əsərləri nəşr olunacaq. Bu nəşrdə isə istedadlı gənclərin yazıları da yer alacaq. Bunun üçün isə yazıları 17.03.2012 tarixinədək [email protected] ünvanına göndərmək kifayətdir.

Orxan Muxtarlı açılaması zamanı onu da bildirib ki, sözügedən 3-cü Almanax layihəsini soyqrımı mövzusuna həsr edir: "Nəzərə çatdıraq ki, layihəyə Azərbaycanla yanaşı türkiyəli gənc yazarlar da öz yazılarını təqdim etməkdədir. "Genocide Almanax"la yanaşı İRƏLİ-nin hərəkat dönəmində çap olunan "Moe Culpa" adlı kitabın ingilis və rus dillərində audio versiyası hazırlanacaq. Ən əsası odur ki, 24 aprel tarixində ermənilər çox böyük zərbə alacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə