Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehtiyevin vəfatından 1 il ötür. Ürəyində hələ dilə gətirmədiyi neçə arzuları olsa da vaxtsız ölüm Rüfət Mehdiyevi 42 yaşında sevənlərindən ayırdı. SİA-nın məlumatına görə, müğənni keçən ilin bu günündə axşam saatlarında qəfildən halı pisləşərək gecə saat 03:00 radələrində insult diaqnozundan dünyasını dəyişib.
Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). O, 1989-cu ildən musiqi ilə məşğul olmağa, 1992-ci ildən isə müğənnilik fəaliyyətinə başlamışdı. Space Televiziyasında hazırlanmış \"Qış nağılı\" (2004) və \"Baharın nağılı\" (2008) film-verilişlərində çəkilib.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB