Slovakiya \"Eurovision- 2012\" təmsilçisini martın 1-də elan edəcək

Slovakiya \"Eurovision- 2012\" təmsilçisini martın 1-də elan edəcək

Slovakiya Azərbaycanda keçiriləcək \"Eurovision- 2012\" mahnı müsabiqəsində iştirak edəcək təmsilçisinin seçimi barədə qərarını martın 1-də açıqlayacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda məlumatı RTVS kanalı yayıb.


Qeyd edək ki, 1998-ci ildən müsabiqədə iştirak etməyən Slovakiya 2009-cu ildə yenidən "Eurovision"a qayıdıb. Lakin son 3 ildə finala keçə bilməyib.


Martın 3-də isə İspaniyanın Eurovision 2012 təmsilçisinin mahnısı bəlli olacaq. Həmin axşam ölkə təmsilçisi Pastora Soler 3 mahnı ilə çıxış edəcək. Mahnılar müxtəlif janrlardadır. Bu isə müğənniyə özünü hərtərəfli göstərə bilmək şansı qazandırır. İspaniyanın müsabiqədəki mahnısı bu 3 mahnı arasından seçiləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə