Bu gün "Miras" Mədəni İrsin öyrənilməsinə Kömək İctimai Birliyi iki yaşını qeyd edib. SİA-nın məlumatına görə, tədbir zamanı "Miras"-ın keçdiyi fəaliyyət yolu və nailiyyətlərindən bəhs olunub. Tədbiri girş sözü ilə açan Birliyin sədri Fariz Xəlili qeyd edib ki, 2010-cu ildə təsis edilən "Miras" Mədəni İrsin öyrənilməsinə Kömək İctimai Birliyi mədəni abidələrimizin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində bir sıra uğurlu layihələr həyata keçirib. Onun sözlərinə görə, bunlardan ən önəmlisi Azərbaycanın mədəni həyatında, xüsusən də elm aləmində ciddi rezonans doğuran Orta əsr Ağsu şəhərinin arxeoloji tədqiqi və konservasiya layihəsi olub.
İki illki fəaliyyəti ərzində "Miras"-ın bir-birindən uğurlu layihələrə imaza atdığını bildirən Fariz Xəlili yola saldığımız "Turizm ili" çərçivəsində prezident yanında QHT-lərə Dəstək Dövlət Şurasının maliyyə dəstəyi ilə "Arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği" layihəsini də həyata keçirdiyini bildirib.
Təbdirdə bildirilib ki, hazırda "Miras"ın təşəbbüsü ilə "Avrasiya regionunda arxeoloji turizmin perspektivləri (Qədim dövrdən son orta əsrlərə qədər tarixi-mədəni irs əsasında)" mövzusunda IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransının Ağsuda keçirilməsi planlaşdırılır. Konfransın məqsədi bölgənin arxeoloji abidələrinin turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynamaqdır.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB