Gürcüstan \"Eurovision- 2012\"nin milli seçim turlarına start verib

\"Junior Eurovision\" mahnı müsabiqəsində qazandığı qələbədən sonra Gürcüstan gələn il keçiriləcək \"Eurovision-2012\" mahnı müsabiqəsi üçün milli seçim turlarına start verib. SİA-nın müsabiqənin rəsmi intenet saytına istinadən verdiyi məlumata görə, Gürcüstanın müsabiqə üçün yayımçısı olan GPB milli mahnı üçün müsabiqə elan edib. Müsabiqə üçün olan mahnılar ingilis və yagürcü dilində qəbul edilir. Seçimlər yanvarın 15-nə kimi davam edəcək.

Ən yaxşı mahnı ilə ən yaxşı namizəd tamaşaçıların və peşəkar münsiflərin səsvermə yolu ilə seçiləcək. Milli final qalibi gələn il Bakıda keçiriləcək yarışmada Gürcüstanı təmsil edəcək.

Qeyd edək ki, Eurovision-2011 mahnı müsabiqəsində adıçəkilən ölkəni Eldrine təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə