Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda görkəmli bəstəkar, xalq artisti Sevda İbrahimovanın əsərlərindən ibarət "Uşaqlara məhəbbətlə" adlı konsert keçirilib.
SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, Sevda İbrahimova dəyərli sənətkar olmaqla yanaşı, gözəl insan və yaxşı dostdur: "70 illik fəaliyyəti dövründə Sevda xanım Azərbaycan mədəniyyətinə xidmət edib. Bəstəkarlıq sənətimizə verdiyi töhfələr isə danılmazdır. Sevda xanımın yaş baxımından kompleksi yoxdur, çünki o hər zaman çox gözəl və təravətlidir. Çox sevindirici haldır ki, bizim bu cür bəstəkarlarımız var".
KonsertdəBül-Bül adına Orta İxtisas musiqi məktəbinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Məktəb-studiyanın, Azərbaycan Milli Konservatoriyası nəzdində Uşaq İncəsənət Gimnaziyasının şagirdləri, həmçinin tanınmış pianoçu,əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova bəstəkarın əsərlərini ifa ediblər.
Qeyd edək ki, tədbir bəstəkarın 70 illiyinə həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB