Kolumbiyada Azərbaycan mədəniyyət günləri keçiriləcək

Kolumbiyada Azərbaycan mədəniyyət günləri keçiriləcək

Mədəniyyət və Turizm naziri Ə.Qarayev Azərbaycanda səfərdə olan Kolumbiyanın Xarici Ticarət naziri Qabriel Dükeni qəbul edib. Bu barədə SİA-ya nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.


Görüş zamanı Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.


Daha sonra Ə.Qarayev Azərbaycanın geniş turizm potensialı haqqında təşrif buyurmuş qonağı məlumatlandırmış və Kolumbiyada fəaliyyət göstərən turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirak etməyə dəvət edib.


Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərdən söz açan nazir 2013-cü ildə keçiriləcək Mədəniyyətlərarası Dialoq Forumunda Kolumbiyadan olan nümayəndə heyətini də görməyindən məmnun olacağını bildirib.


Sonra 2012-ci ilin sentyabr ayında Kolumbiyada keçirilməsi nəzərdə tutulan Azərbaycan Mədəniyyət Günləri geniş şəkildə müzakirə olunub. Nazir Ə.Qarayev Mədəniyyət Günləri hazırlıq çərçivəsində Kolumbiyalı jurnalistlər tərəfindən Azərbaycan haqqında reportaj hazırlanması ilə bağlı təklif irəli sürüb.


Bütün xəbərlər Facebook səhifəmizdə