Azərbaycanın gənc ifaçılarından olan Aynişan Quliyeva ümidləri doğrultmayıb. SİA-nın məlumatına görə, Vitebskin Yay Amfiteatrında festivalın yekun konserti keçirilib və qaliblər açıqlanıb. Azərbaycan müsabiqədə yer tuta bilməyib.
Müsabiqənin "Qran-pri" mükafatına Belarus təmsilçisi Alena Lanskaya layiq görülüb. Bu mükafata 6 il yol gəldiyini deyən qalib sonda arzusuna çatdığını bildirib. O, qələbəsini anasına həsr etdiyini deyib. A. Lanskaya "Lira" mükafatı ilə birgə 15 min dollar qazanıb.
Birinci yer 9 min dollarlıq mükafatla Ukrayna təmsilçisi Vladimir Kvasnitsə çatıb. İkinci mükafatı Çexiyadan olan Devid Deyl və Litvadan Ruta bölüşdürüblər (3000 ABŞ dolları).
Müsabiqənin üçüncü mükafatını Qazaxıstandan Alişer Kərimov və Moldovadan Kristina Skarlat (1500 ABŞ dolları) qazanıblar. Alişer Kərimov həmçinin Rusiya mətbuatının mükafatını alıb.
Final gecəsində beynəlxalq münsiflər heyətinin sədri, Belarusun mədəniyyət naziri Pavel Latuşko bildirib ki, münsiflər heyətinin qərarı obyektivdir və mükafatı ən güclülər qazanıblar. O, həmçinin iştirakçıların yüksək səviyyəsini qeyd edib, Vitebskdə keçirilən bu müsabiqənin artıq populyarlıq qazandığını söyləyib.
Sonda müsabiqənin bütün iştirakçılarına "Belvest" ayaqqabı mağazasının sertifikatları və sponsorlar tərəfindən hədiyyələr verilib. Vitebskdə \"Slavyan bazarı\" XX Beynəlxalq incəsənət festivalında iştirak edən Aynişan 17-18-ci yerləri bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB