Bu il 25-31 iyul tarixində keçiriləcək "Zone Reality-2" yarışmasında qalib gələn komandaya qiymətli hədiyyələr veriləcək, ən çox xal toplayan iştirakçıya isə "DNS Computers"dən noutbook və "Colgate Polmalive" şirkətindən qiymətli hədiyyələr veriləcək. SİA-nın məlumatına görə, sponsorlar tərəfindən illik endirim paketləri hazırlanır ki, o paketlər yalnız düşərgə iştirakçılarına şamil olunacaq.
Gün ərzində yarışmada iştirakçıların sağlamlığı üçün həkim olacaq ki, hər oyunundan və hər səhər qrup lideri seçilmə səsverməsindən öncə həkim Qail Qasımov bütün iştirakçıları ötən ildə olduğu kimi bu ildə müayinə edib yarışmaya qatılıb- qatılmayacağına qərar verir.
Yarışmada həmçinin adrenalin olur ki, bununla da iştirakçılar əylənərək zövq alacaqlar. Günün birinci hissəsi fiziki, ikinci hissəsi zehni yarışmalar (Brain Ring, LOST KEY, Kim harada Necə?) olacaq.
Axşam isə hər hansı bir ölkənin (amerika, milli, ərəb və s) gecələri keçirilir. Həmin gecədə iştirakçılar rəqs hazırlayaraq yarışırlar və qalib gələn iştirakçı xal toplayaraq noutbook qazanmağa şans qazanır.
"Zone Reality-2" təqdimatları iyun ayının 25- dən etibarən hər həftənin II, IV, VI, VII günləri saat 18:30 –da Caspian Plaza, 11 mərtəbədə keçirilir. Təqdimat ödənişsizdir. Xatırladaq ki, Zone Reality düşərgə iştirak haqqının 30%-nı DNS Computer’s ödəyir.
Əlavə məlumat üçün: www.zonereality.biz, www.sia.az saytlarına daxil olmaqla və ya (070) 990- 70- 97 nörmərəsini yığaraq bizimlə əlaqə yarada bilərsiniz.
Qeyd edək ki, layihənin informasiya dəstəyi yalnız Səs İnformasiya Agentliyinə məxsusdur.
Sonda keçən ilin 30 avqust -6 sentyabr 2010-cu ildə keçirilən "Zone Reality-1" düşərgəsindən çəkilən görüntüləri təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB