Azərbaycanın "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camalın Türkiyədə diski hazırlanıb.SİA-nın məlumatına görə, bu diskdə Azərbaycana qalibiyyət gətirən "Running Scared" mahnısı müxtəlif versiyalarda toplanıb. Disk türkiyəli musiqisevərlər tərəfindən böyük marağa səbəb olub.
Türkiyədə xüsusi musiqi şirkətində hazırlanan diskin satış qiyməti 2.50 türk lirəsidir (1,2 manat). Artıq bir neçə gündür satışa çıxarılan diskin əksəriyyəti satılıb.
Üzərində qaliblərimizin fotosu yerləşdirilən diskin üz qabağında "Number 1", "Eurovision 2011 birincisi Azərbaycan" sözləri də yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB