YAP “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədi ilə xeyriyyə konserti təşkil edib - FOTO
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) "Silahlı Qüvvələrə Yardım Fondu"na dəstək məqsədilə xeyriyyə konserti təşkil edib. SİA-nın məlumatına görə, konsertdən əvvəl açıqlama verən YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov bildirib ki, YAP hər zaman bu və ya digər formada Azərbaycanın Silahlı Qüvvələrinə maddi və mənəvi dəstək aksiyaları həyata keçirir: "Bu hər bir YAP üzvünün vətəndaşlıq borcudur.Konsertin təşkil olunması da bir tərəfdən YAP-ın ordu quruculuğunun gücünün və qüdrətinin artırılmasına bir növ dəstəyi ifadə edir. Bu konsertin təşkil olunması da YAP-nın fəal üzvlərinin iştirakı ilə həyata keçirilir. Tamaşaçıların qarşısında partiyanın üzvü olan mədəniyyət xadimləri çıxış edəcəklər. bB konsert YAP üzvləri tərəfindən təşkil olunub və burada toplanan vəsait "Silahlı Qüvvələrə Yardım Fondu"na köçürüləcək\".
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyar adına saray) təşkil edilən konsertdə YAP-a üzv olan xalq artisti Faiq Ağayev, Elza Seyidcahan, Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elton Məmmədov, Elnur Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və digərləri çıxış ediblər.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər və başqaları iştirak ediblər.
Qeyd edək ki, tədbirdən toplanan vəsait "Silahlı Qüvvələrə Yardım Fondu"na keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB