Ukraynada gürcü filmləri günü keçiriləcək

Ukraynada gürcü filmləri günü keçiriləcək

Bir neçə gün bundan əvvəl Ukraynanın Truskavetsk şəhərində kinofestival keçirilib. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, Azərbaycan filmi də müsabiqədə uğurla yarışıb. İndi isə Ukrayna şəhərlərinin birində iyunun 23-29-da Gürcüstan kinosu günləri keçiriləcək. Bu barədə Ukrayna Mədəniyyət Nazirliyi məlumat yayıb. Nazirliyin verdiyi məlumata görə, filmlər son illərin məhsulu olacaqdır. Nazirlik rəsmiləri çəkilən gürcü filmlərinin rejissorları arasında ukraynalı rejissorun da olduğunu söylədilər.

Bütün xəbərlər Facebook səhifəmizdə