“Tatar mədəniyyətini qoruyun...”

Türkiyədə Qabdulla Tukayın 140 illik yubileyi münasibətilə tədbir keçiriləcək...

...Görkəmli tatar şairi Qabdulla Tukayın anadan olmasının 140 illiyi şərəfinə Antalyada "Tukay ahəngləri" adlı ədəbi-musiqili marafon keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, Tatar-inform xəbər verir ki, tədbirdə Türkiyədə yaşayan və doğma kurnlarını, milli mədəniyyətini qorumağa çalışan tatar diasporunun üzvləri iştirak edəcəklər.

26 mart - 26 aprel tarixləri arasında davam edəcək tədbirin məqsədi böyük şairin yaradıcılığının populyarlaşdırılması, xaricdə tatar mədəniyyətinin qorunması və inkişafının təşviqi, eləcə də tatar icması daxilində mədəni əlaqələrin gücləndirilməsidir.

Marafon zamanı iştirakçılar Tukayın şeirlərini, poemalarını və nağıllarını, eləcə də onun şeirlərinə əsaslanan mahnı və romansları, əsərlərinə əsaslanan teatr tamaşalarını ifa edəcəklər.

Təşkilatçılar həmçinin ana dili tatar olmayan iştirakçılar üçün ayrıca bir kateqoriya da yaradıblar.

Marafon finalı Qabdulla Tukayın doğum günü və Ana dili gününün qeyd olunması ilə 26 apreldə keçirilməsi planlaşdırılır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə