Bred Pitt tanınmaz dərəcədə dəyişib...

Ona nə olub?

...62 yaşlı amerikalı aktyor Bred Pitt “Süvarilər” filminin çəkilişləri üçün Amsterdama gəlib və orada çox qeyri-adi geyimdə görünüb.

Ancelina Colinin keçmiş əri Edvard Bergerin rejissorluğu ilə çəkilən yeni "Süvarilər" filminin çəkilişləri üçün Hollandiyanın paytaxtına gəlib.

SİA xəbər verir ki, Dutchnews-un məlumatına görə, Bred qeyri-adi görünüşdə - dağınıq saçları, alnında çapığı və köhnəlmiş geyimləri ilə görüntülənib.

Çəkilişlər üçün Amsterdamun mərkəzindəki küçələr müvəqqəti olaraq bağlanıb və xüsusi dekorasiyalar qurulub. "Süvarilər" filminin çəkilişləri paytaxtın müxtəlif yerlərində, o cümlədən Amstel çayı boyunca və kanallarda aparılır. Səhnələr üçün qayıq evindən istifadə edilib.

Afişalar və zibillərlə dolu rekvizitlərdən istifadə edərək pis atmosfer yaradılıb.

Makiyajına baxmayaraq, Bred Pitt dərhal onu çəkən yoldan keçənlər tərəfindən tanınıb.

Süjetə görə, Bredin personajı həyat yoldaşı ilə birlikdə Avstraliyadan İrlandiyaya köçür, lakin o, sonradan yoxa çıxır. Bred onu axtarmaq üçün Avropaya yola düşür.

...Çəkilişlər Yunanıstanda başlayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə