“2023-cü il Azərbaycan və türk dünyası üçün tarixi hadisələrlə zəngindir”
“Siyasi fəaliyyətinin istənilən dövründə Türk dünyasının mədəni əlaqələrinin genişləndirilməsi, ortaq milli dəyərlərimizin birləşdirilməsi Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib. Bu xüsusda qeyd etmək istərdim ki, 2023-cü il Azərbaycan və türk dünyası üçün tarixi hadisələrlə zəngindir”. SİA xəbər verir ki, bu sözləri TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində Mədəniyyət nazirinin vəzifəsini müvəqqəti icra edən Adil Kərimli bildirib.
Onun sözlərinə görə, görkəmli, siyasi dövlət xadimi, Azərbaycan xalqının Ümummili Lideri, türk dünyasının əvəzsiz liderlərindən biri olan Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunur: “Bununla əlaqədar olaraq, 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub. Azərbaycanın mədəniyyət paytaxtı olan Azərbaycan türk dünyasının mədəniyyət paytaxtı kimi təqdim edilmişdir. Eyni zamanda bütün türk dünyasının ortaq təşkilatı olan TÜRKSOYUN yaradılmasının 30 illiyi türk dünyasında böyük təntənə ilə qeyd olunur. Bununla belə təəssüf hissi ilə qeyd etməliyik ki, bu il türk dünyasında ağrılı-acılı günlər də yaşandı. Türkiyədə baş verən zəlzələ zamanı böyük insan itkisi yaşandı. Bu proseslər bütün türk dünyası üçün ağır günlər yaşatdı. Lakin ilk gündən Türkiyənin yanında olan Azərbaycan və digət türk dövlətləri bir daha yüksək həmrəylik göstərərək, istənilən çətinlikdə birlikdə olmağın növbəti dəfə bariz nümunəsini təqdim etdilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB