Masallıda mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib

Bu gün, martın 30-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib. Seminar-müşavirədə mərkəzin tabeliyində fəaliyyət göstərən müəssisələrdə ay ərzində keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru, «Tərəqqi» medallı Vəkil İsmailov gündəlikdə duran məsələlər barədə iştirakıçala məlumat verib.

Sonra çıxış edənlərdən mərkəzin metodisti Taleh Mikayılov, Ərkivan qəsəbə Sənətkarlıq Evinin direktoru Rauf Gülverdiyev, Mahmudavar kənd Folklor Evinin direktoru Natavan Əliyeva və digərləri görülmüş işlər, həmçinin aprel ayı ərzində keçiriləcək tədbirlər barədə müvafiq məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə