Azərbaycanlı gənc Nyu-Yorkda keçirilən vokal müsabiqəsində birinci yerə çıxıb - FOTOLAR

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ABŞ-ın Nyu-York şəhərində keçirilən "American International Vocal Competition of Opera Singers 2023" beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində iştirak edən gənc opera ifaçısı Urfan Cəfərov 67 ölkə arasında qızıl medal qazanaraq 1-ci yer tutub. Bu barədə SİA-ya AGİN-dən məlumat verilib.
O, müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı oldu.
Qeyd edək ki, U.Cəfərov “Carnegie Hall”da keçirilmiş çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanaraq qalib olub.
Bu musabiqə, gənc ifaçıların dünya şöhrətli səhnədə solo konsertini təmin edən yeganə platformalardır.
U.Cəfərov bundan öncə respublika və beynəlxalq müsabiqələr laureatı, opera ifaçılarının Avropa Çempionu və Gənclər Mükafatçısı, Azərbaycan Milli İnciləri Mükafatçısı, Qızıl Səs mükafatı laureatı (İngiltərə-London) mükafatlarına layiq görülüb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə