Azərbaycan Dövlət Simfonik Orkestri Türkiyə musiqisevərlərinin ruhunu oxşayacaq
Azərbaycan Dövlət Simfonik Orkestri aprelin 4-də Ankarada Türkiyə musiqisevərlərinin görüşündə olacaq. SİA xəbər verir ki, konsert Ankara 37-ci Musiqi Festivalı çərçivəsində keçiriləcək.
Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə təşkil olunan konsert Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda keçiriləcək.
Təşkilat Komitəsinin məlumatına görə, aprelin 4-dən 28-dək keçiriləcək festivalda Azərbaycan, İtaliya, İspaniya, İngiltərə, ABŞ və s. olmaqla 13 ölkədən 355-ə yaxın sənətçi və musiqi qrupu çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə