Dünya sənətçiləri Ramazanla bağlı paylaşım ediblər

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dünyaca məşhur sənətçilər rəsmi internet səhifələrində Ramazan ayının başlaması münasibətilə paylaşım ediblər.
Britaniyalı sənətçi Yusuf İslam 2018-ci ildə ''İnstaqram'' səhifəsində paylaşdığı "Ramadan Moon" mahnısı ilə Ramazan ayının mənasını açıqlayan məlumatlara yer verib.
Livan mənşəli İsveçli R&B müğənnisi Maher Zain ''İnstagram'' səhifəsində Ramazan ayının bütün bəşəriyyətə bərəkət gətirməsini arzulayıb.
"Ramazan ayının bütün bəşəriyyətə sülh, sevinc və bərəkət gətirməsini arzulayıram'',-deyə Maher Zain paylaşımında vurğulayıb.
Britaniyalı sənətçi Sami Yusuf da Ramazan ayının başlaması münasibətilə paylaşım edib. Sami Yusuf paylaşımında bu ifadələrə yer verib:"Hamınıza sevgi, xoşbəxtlik və firavanlıq arzulayıram".
Amerikalı model Bella Hadid ''İnstagram'' səhifəsində etdiyi paylaşımda "Hamınızı Ramazan ayının başlaması münasibətilə təbrik edirəm'' ifadələrinə yer verib.
SZA kimi tanınan amerikalı müğənni Solana İmani Rou da Bella Hadidin paylaşımını rəsmi ''İnstagram" səhifəsində paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə