Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Bu gün Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anadan olmasının 109-cu ildönümü tamam olur. SİA xəbər verir ki, aktyorun sənəti yüksək qiymətləndirilmiş, ən yüksək fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunub.

L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə