Riad Məmmədov Azərbaycan caz-muğamını təqdim edəcək

Azərbaycanlı bəstəkar və pianoçu Riad Məmmədov SOUND UP aktual musiqi festivalında iştirak edəcək. SİA xəbər verir ki, festival martın 24-də Moskvada keçiriləcək. Bu tədbir musiqidə yeni səslər və ideyalarla maraqlananlar üçün unikal konsertlər silsiləsidir. Riad Məmmədov öz pyeslərini və Vaqif Mustafazadənin əsərlərini ifa edəcək.

Musiqiçi, həmçinin aprelin 4-də Moskvadakı İqor Butman caz klubunda öz triosu ilə birlikdə caz proqramı ilə çıxış edəcək. Proqrama Azərbaycan caz-muğamı və bəstəkar-pianoçunun müəllif musiqisi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə