"Yaşayan ölü" tamaşasına ictimai baxış keçirilib - FOTOLAR

Lənkəran Dövlət Dram Teatrında Könül Məmmədovanın "Yaşayan ölü" pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, səhnə əsərində cəmiyyətimizdə insanların səhhətinə, psixoloji durumuna, sosial-iqtisadi vəziyyətlərinə neqativ təsir göstərən, cinayətlərin ilbəil artmasına səbəb olan narkomaniyanın və narkotik vasitələrin törətdiyi fəsadların iki qohum ailənin faciəsinə necə yol açmasından bəhs olunur.

Maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Rauf Zeynalov, Emil Rzayev, Saleh Əzimzadə, Şəbnəm Hüseynova və Aysel Babazadə ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə