Bakıdakı Rus Evinin sərgi zalında “ArtSelince” brendinin yaradıcısı, gənc istedadlı rəssam Vəfa Əsədin fərdi sərgisi aprelin 5-dək davam edəcək.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətində bildiriblər ki, bu, əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən sərgilərdə dəfələrlə iştirak etmiş rəssamın ilk fərdi sərgisidir.
Rəssamın yaradıcılığı ilə yaxından tanış olmaq istəyənlər həftə içi saat 10:00-dan 18:00-dək sərgini ziyarət edə bilərlər.
Giriş pulsuzdur.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, ev 77B.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB