Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də etdiyi paylaşımda bildirib.

H.Hacıyev qeyd edib ki, raket həmin şəxsin evinin damına düşüb. Ermənistanın hərbi cinayətləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə