"Azərbaycan və Ermənistan arasındakı sülh prosesi Cənubi Qafqaz üçün vacibdir"
"Azərbaycan-Ermənistan sülh prosesindəki son irəliləyişlər hər iki ölkə və bütövlükdə Cənubi Qafqaz üçün vacibdir."
SİA xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili BMT Sülh Quruculuğu Komissiyasının Nazirlər Şurasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, daha dinc və proqnozlaşdırılan Cənubi Qafqaz iqtisadi inkişaf, investisiya, əməkdaşlıq və regional bağlantı üçün daha böyük imkanlar yaradacaq. M. Boçorişvili qeyd edib ki, Cənubi Qafqazda sabitliyin güclənməsi bütövlükdə regionun iqtisadi inkişafına töhfə verə bilər.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB