"100 ildir İranda türklüyə və Azərbaycan türk dilinə qarşı qadağa var, uşaqlar ana dilində təhsil ala bilmirlər - türklükləri boğulur, amma Türkiyənin səsi çıxmır". SİA xəbər verir ki, bu barədə Təbrizin "Traktor" Futbol Klubu öz sosial səhifə hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Azərbaycan öz məktəblərini kənar ideoloji təsirlərdən qorumaq üçün addım atanda Türkiyə İran mollalarına qoşulub Azərbaycana qarşı addımlar atır. Belə çıxır ki, özünü Türk dünyasının lideri kimi qələmə verməyə çalışan Türkiyə İranın molla ideologiyasını türklükdən üstün tutur?".
https://www.facebook.com/share/p/1DcLQtAALC/

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB