Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub. SIA xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada yiyələnib.
Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb.
Digər təmsilçimiz Səidcəmşid Cəfərov (75 kq) yarımfinalda Kalum Meykinə (İngiltərə) qalib gəlib və sabah həlledici döyüşdə İsmayıl Mutsolqovla (Rusiya) üz-üzə gələcək.
Amin Məmmədzadə (55 kq) isə Avropa çempionatını bürünc medalla başa vurub.
Xatırladaq ki, çempionata sentyabrın 25-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB