Şahbaz Şərif və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində son regional prosesləri müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkəsindəki hesabında yazıb.
SİTAT: "Bu gün Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində əziz qardaşım, prezident Məsud Pezeşkianla görüşməkdən məmnunam... Mən prezident Pezeşkianın Pakistan-İran dostluğuna sadiqliyini və bu kritik mərhələdə regional sülh naminə sıx qarşılıqlı fəaliyyətimizi dərindən qiymətləndirirəm", - paylaşımda bildirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB