“Azərbaycan Asiya ilə Avropa arasında müasir bağlantı qapısına çevrilib” -SAMİR ŞƏRİFOV
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşərək Asiya ilə Avropa arasında müasir bağlantı və keçid qapısına çevrilib.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir.
Samir Şərifovun sözlərinə görə, formalaşmaqda olan Zəngəzur dəhlizi Azərbaycanın regional logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək və Avrasiya boyunca ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq.
Baş nazirin müavini qeyd edib ki, dəhlizlərin Azərbaycan ərazisindən keçən hissələrinin tikintisi başa çatıb və növbəti mərhələdə əsas diqqət xidmətlərin keyfiyyətinin artırılmasına yönəldiləcək.
Onun sözlərinə görə, məqsəd Azərbaycanın yalnız təhlükəsiz deyil, həm də qiymət və vaxt baxımından rəqabətqabiliyyətli nəqliyyat qovşağına çevrilməsidir. Bu baxımdan rəqəmsallaşma və süni intellekt əsaslı həllərin tətbiqi mühüm əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB