İnsanın ağıllanması üçün müxtəlif metodlar var. Həkimdən tutmuş, türkəçarəyə qədər. Amma onlardan da əvvəl zordur, yəni kötək, şapalaq. Düzdür, bu hər kəs üçün keçərli olmasa da, bəziləri bunsuz qana bilmir. Həm də kötəyin, şapalağın, yumruğun vaxtı keçəndə başı ağrıyır, ürəkbulanması başlayır. Gərək əlini üstündən çəkməyəsən. 44 günlük müharibəyə qədər Ermənistanla nə qədər təmaslarımız oldu? Müxtəlif şəhərlərdə, xüsusən də dünyanın 3 nəhəng dövlətinin vasitəçiliyi ilə masa ətrafında oturub olanları və gələcək planları müzakirə etdik. Amma yekun qərarın verilməsi, ermənilərin torpaqlarımızdan xoşluqla çıxması mümkün olmadı. Müxtəlif bəhanələrlə vasitəçilər də, Ermənistan da haqqımız olanı bizə qaytarmaq istəmədilər. Ara-sıra güc tətbiq edəcəyimizi müxtəlif tribunalardan eşitdirdik, yenə inanmadılar. Və nəhayət...

44 gün davam edəcək müharibə başlandı. Bu müddət ərzində Azərbaycan əsgəri şoka düşmüş erməni dığasını yalnız üzü Ermənistana doğru qovdu, aradabir təpiklədi, kötəklədi, yumruqladı. Aydındır, zərbələrdən insan çaş-baş düşə bilər və düşməlidir. Erməni əsgəri də uzun müddət özünə gələ bilmədi və xeyli müddət keçəndən sonra torpaqları xoşluqla Azərbaycana qaytarmağın doğru yol olduğunu anlamağa başladı. Halbuki, bu məsləhəti ermənilərə və onların yandaşlarına Madriddə, Lissabonda, Praqada, Kazanda, Soçidə, Vaşinqtonda, Sankt-Peterburqda vermişdik. Kafası peyinlə dolu olanlar bunu anlamaq istəməmişdilər.

Bu gün Azərbaycan suveren ərazilərini qarış-qarış, addım-addım bərpa edir. Ermənistanla şərti sərhədlərini tam bərpa etsə də, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı ərazilərdə işlərimiz hələ də var. Separatçıların qalıqları köhnə dostlarına güvənib hələ də torpaqlarımızda civildəşirlər. Ötən iki il yarım müddətində “gəlin, inteqrasiya edin, qanunlarımızı tanıyın, hər bir Azərbaycan vətəndaşı kimi siz də normal həyat yaşayın” məsləhətini vermək üçün iki dəfə görüşmüşük. Hər iki görüşdə şapalağın, dəmir yumruğun dadını unudan ermənilər bizimlə şərtlə danışmağa başladılar. Laçın rayonu ərazisində, Həkəri çayının üstündəki körpünün yanında sərhəd-keçid məntəqəsi qurmaqla həm ölkəmizə qanuni giriş-çıxışı təmin etdik, həm də ermənilərin nəfəsliklərini, silah yollarını qapatdıq. Buna baxmayaraq hələ də “böyük qardaşları”na, “böyük bacıları”na güvənib, onların bölgədəki “sülhməramlı”larına arxalanıb müzakirələrdən yayınırlar. Azərbaycan Laçın rayonunda baş verən erməni təxribatının ardınca sərhəd keçid məntəqəsini bağlayandan sonra isə at səsi çıxaran separatçıların bu gün siçan civiltisi eşidilir. Həm də ara-sıra, çünki enerjiləri də tükənməkdədir.

Biz deyəndə ki, Azərbaycan ərazilərinə qanunsuz yüklər daşınır, buna son qoyulmalıdır, bəzi dövlətlər bu tələbi qulaqardına vurdular. Düşündülər ki, Azərbaycan onlardan çəkinib Laçındakı sərhəd-keçid məntəqəsini bağlamaz, amma bu baş verdi. İndi də tələbimiz qanunsuz erməni silahlı birləşmələrinin ərazilərimizdən tam çıxarılmasıdır. Yenə inad, yenə gözləmə mövqeyi. Deməli növbəti yumruğa ehtiyac yaranıb. “Qisas-1”, “Qisas-2” oldu və ermənilər ciddiliyi anladılar. “Qisas-3”ün yetişdiyini tam əminliklə demək olar...

Ermənistanda bir sorğu keçirilib, “Laçın yolundakı sərhəd keçid məntəqəsinin bağlanmasının günahı kimdədir”, sualına ermənilərin əksəriyyəti “Ermənistan” deyə cavab veriblər. Əgər əvvəllər Azərbaycanın adı daha çox hallanırdısa, bu gün o “titullu yer”ə Ermənistan layiq görülür. Respondentlərin 35%-i Laçın yolunun bağlanmasında Ermənistan hakimiyyətini günahlandırır. Cümə günü GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan son sorğunun məlumatlarını təqdim edərkən bildirib: “Məsələn, 2023-cü ilin yanvar sorğusunda bu rəqəm 27,8% təşkil edib”, budəfəki sorğuda respondentlərin 27,8 faizi blokadada Azərbaycan hakimiyyətini günahlandırır, yanvarda isə 42,5 faiz idi. Bununla yanaşı, respondentlərin 25,2%-i blokadada Rusiya hakimiyyətini (yanvarda - 30,2%), 14,4%-i isə Türkiyəni (yanvarda - 17,2%) günahlandırır. “9,4% Rusiya sülhməramlılarını günahlandırır. Yanvarda bu göstərici 12% təşkil edib. Respondentlərin 9,6%-i günahı bütün dövlətlərdə görür. 2023-cü ilin yanvarında respondentlərin 9,8%-i bu mövqeni tutub”, - Navasardyan qeyd edib. Eyni zamanda 6,7% Qarabağdakı separatçıları günahlandırıb (2023-cü ilin yanvarında 8,3%). Respondentlərin 11,2%-i cavab verməkdə çətinlik çəkib. Bu ilin yanvarında bu göstərici 4,5% təşkil edib. 4,2% digər cavablar verib (2023-cü ilin yanvarında 2,3%). İyunun 21-dən 24-dək Ermənistanda telefonla keçirilən sorğuda 1100 respondent iştirak edib.

Gördüyünüz kimi, ermənilər yalnız zopa, təpik, qapaz, yumruq ilə anlayır. Onlarla xoş rəftar etdinsə əlindəkini də, cibindəkini də itirə bilərsən. Rəqəmlərin dəyişməsindən də görünür ki, zaman keçdikcə ermənilər həqiqəti daha çox anlamağa başlayırlar. Əslində, buna el arasında "ağıl dərsi" deyirlər. Ona görə də ağıllanmaları üçün zopanı başlarının üstündən əskik etmək olmaz. Hətta, “Qisas-3” əməliyyatı da keçirmək olar. Həm də tez bir zamanda.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə