Sözümün canı var. Ona görə də bir balaca həsiri basmayıb, uzaqdan dolanım gəlim. Bütün dünyada olduğu kimi, ölkəmizdə də sosial şəbəkələr günbəgün artmaqdadır. Vaxtilə ən çox istifadə olunan Facebook sosial şəbəkəsi idi. Məncə, Tik-tok meydana çıxandan, o biri sosial şəbəkələrə maraq nisbətən azalıb. İnsanlar bu şəbəkələrdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və videoroliklərə baxmaq, dostluqlar yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Amma hər paylaşımına görə “like” yığmaq xəstəliyinə tutulan istifadəçilər də az deyil. Bir neçə il əvvələ qədər sosial şəbəkələrdə müəyyən qruplar aktiv idisə, hazırda müxtəlif yaşda olan insanlara rast gəlirik. Sizi inandırım ki, yaşlı nəslin nümayəndələri sosial şəbəkələrdə gənclərə nisbətən daha fəaldırlar. Hələ bunların çıxardıqları hoqqalardan danışmıram. İctimai nəqliyyatdan çox istifadə etdiyimə görə hər gün müxtəlif insanların məzəli söhbətlərinin şahidi oluram. Yaxın günlərdə yenə avtobusda olarkən, iki qoca kişinin bir-biri ilə söhbətinin şahidi oldum. Heş bilirsiz aralarındakı incikliyin səbəbi nədir? Bir-birilərinə “Niyə məni layk eləmədin?”, “Mən səni layk eləmişdim”, “Filankəsin bütün paylaşınlarını layk edirsən, bircə məni layk eləmədin” kimi küskün söhbət edirdilər. Hansı ki, heç gənclər sosial şəbəkələrdə “layk”lara belə həssas yanaşmırlar.
Psixoloqların fkrincə, hər paylaşımına “layk” yığa bilməmək insanda şüuraltı olaraq ciddi psixoloji sarsıntı yaradır. Belə olduğu halda, insanlarda ilk olaraq ikrah hissi, aqressiya, bədbinlik yaradır və belə vəziyyət də insanın sosial fəaliyyətini zəiflədir. Beləliklə də, bu platformalar hər kəsin səviyyəsini, dünya görüşünü üzə çıxarır.
Bayaq dediyim kimi, indi keçim sözümün canına. Bu günlərdə Tofiq Yaqublunun bir paylaşımına rast gəldim. Yazıb ki, fb profilində ciddi problem var, heç bir paylaşımının bəyənilməsi 40-ı keçmir. Ay nə bilim orta statistik göstəricidən çox aşağıdır. Psixoloqlar demiş, “layk” azlığı Tofiqin aqressiyasını, bədbinliyini üzə çıxarıb. Qadanız alım, nolar, biriniz ona desin ki, çoxdan ölmüsən, 40-ın da çıxıb xəbərin yoxdu, sən nə istəyirsən? Bu Tofiq özü yaxşı bilir ki, insanları küçələrə icazəsiz yığmaq və mitinq keçirmək olmaz. Belə olan halda, həmin şəxs və küçələrə çıxan digərləri haqqında mütləq inzibati tədbir görülməlidir, çünki dövlətin qayda-qanunları var. Lakin bunlara baxmayaraq, Tofiq Yaqublu yuxarıdakı ağalarından aldığı pullar və tapşırıqlar müqabilində deyilənlərə əməl etmir və özüağıldalarla bəzən icazəsiz toplaşmağa cəhd ediblər ediblər.. Dəfələrlə onların tələbləri təmin olunub və sərbəst toplaşmalarına icazə də verilib. Amma... amması ondadır ki, buna hələ də çatmırmı ki, öz “əqidədaşlarınla” sizə verilən icazəli aksiyalara belə 3-5 nəfərdən artıq adam yığa bilmirsiz. Bu 3-5 nəfərə baxanda, Tofiq, ay Tofiq, sən hələ o 40 “layk”a şükür elə. Sən hələ Allahına şükür elə ki, 40-ın 4-ə düşməsin. Gəl sənə bir məsləhət verim. Sən onsuz da pulsuz iş görən deyilsən, ondan-bundan pul dilənməyi də yaxşı bacarırsan. Sən gəl fb-ni tik-toka dəyiş. İnan ki, bu çığır-bağırla, bu səs-küylə bilirsən nələr qazanarsan? Özün kimilərlə oyunlara qoşul, “dostlar, ekranı tıklayın, tıklayın” deyə-deyə səsini at başına. Gör nələr qazanırsan. Bax, məndən demək, sonra demə ki, bilməmişəm, xəbərim yoxdu.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə