Hər zaman demişəm və yazmışam, yenə də təkrar edirəm bu muxalifətin dağıdıcı qanadı heç zaman düzəlməyəcək, islah olunmaları da mümkünsüzdür. Nədən ki, bu məxluqlar Azərbaycan xalqından ayrı düşüblər, yaşayışlarını və təminatlarını xarici fondlara, ayrı-ayrı qaranlıq dairələrə bağlayıblar. Yenə də eyni havanı ifadə edirlər. Səs-küy salıb iddia edirlər ki, Gədəbəy rayonun Söyüdlü kəndində polislə kənd sakinləri arasında baş verən qarşıdurma zamanı polis insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bir qədər də dərinə gedərək polis əməkdaşlarını gözdən salmağa hesablanan ifadələr səsləndirirlər. AXCP sədri Əli Kərimli ABŞ-ın qaranlıq dairələrinin dirijor çubuğu ilə idarə olunan Sevinc Osmanqızının TV-sinə müsahibə verərək Azərbaycan polisi haqqında qeyri-etik ifadələr səsləndirir, ittihamlar irəli sürür. Müsavat, “Milli Şura” üzvləri və onların rəhbərləri də sanki polisi təhqir etmək üçün geniş və əhatəli yarış təşkil edib və bu yarışda öndə olmağa çalışırlar. Əvvəla onu qeyd etmək lazımdır ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs bilərəkdən və ya bilməyərəkdən qanunsuz hərəkətlərə yol veriblər. Onlar kənd ərazisində inşa olunan süni gölün tikintisinə mane olmağa çalışıblar. Dəfələrlə qanunsuz əməllərdən çəkinməyə dəvət edilsələr də, müəyyən maraqlı şəxslərin təsiri altında olan bir qrup kənd sakini qanunsuz müdaxilələrindən əl çəkməmiş və polislə qarşıdurmaya getmişlər. Sual yaranır, polis dayanıb qanunsuzluğun genişlənməsini seyr etməli idi? Öyrədilmiş kənd sakinləri nəzarətsizlikdən ruhlanıb, süni göl yaradan işçilərə və texniki avadanlıqlara ziyan vurmalı idimi? Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi mətbuata açıqlamasında bildirmişdir ki, xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib: “Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb”.
Fakt budur ki, istər yerli qurumlar, istərsə də yuxarı dövlət rəsmiləri qarşıdurma yaratmağa meyil edən kənd sakinlərini qanunlara əməl etməyə dəvət ediblər. Görünən ondan ibarətdir ki, insanlar humanist davranışdan, xeyirxah çağırışlardan nəticə çıxarmayıb polislə qarşıdurmaya gediblər. Təbii ki, zor müstəvisində hərəkətlərə müdaxilə yol verilməzdir. Azərbaycan dövləti hüquqi, demokratik dövlətdir. Bu prinsiplərə bütün sahələrdə layiqincə əməl edilir. Lakin onu da anlamaq lazımdır ki, cəzasızlıq qanunsuz əməllərin törədilməsinə gətirib çıxarır. Əgər polisin müdaxiləsi olmasa idi, Gədəbəyin Söyüdlü kəndinin bir qrup sakinin özbaşınalıqları ağır fəsadlar yarada bilərdi. Bu baxımdan, polisin hərəkətlərini və atdığı addımları haqlı hesab edir və dəstəkləyirəm. Bizlər gecələr evimizdə rahat yatanda polisimiz küçə və meydanlarda, sərhəd- keçid məntəqələrində keşiyimizi çəkir. O cəsur, mərd Azərbaycan polisidir ki, yanğınlar zamanı həyatlarını risqə atıb, neçə-neçə insanı xilas edib. Qarabağın erməni terrorçu dəstələrindən azad edilməsi üçün onlarla daxili işlər orqanlarının əməkdaşları canlarını qurban verib, torpaqlarımızın azad edilməsində qəhrəmanlıq səhifəsi yazıblar.
Sosial şəbəkələrdə aparılan müzakirələrə və ictimai nəqliyyatda insanlar arasında olan söhbətlərə əsaslanaraq qeyd edə bilərəm ki, cəmiyyət polisin asayişi qorumaq üçün qanunlar çərçivəsində addımlar atmasını dəstəkləyir. Müxalifətin dağıdıcı qanadının, xüsusilə də Ə.Kərimlinin, C.Həsənlinin, A.Hacılının, T.Yaqublunun və digər gözləri xarici ağalarının ciblərində olan məxluqların Gədəbəyin Söyüdlü kəndində baş verənləri öz maraqları prizmasından baxaraq şərhlər vermələri, sadəcə, riyakarlıqdan və siyasi səbatsızlıqdan başqa bir şey deyil. Sual oluna bilər, Ə.Kərimli, C.Həsənli, A.Hacılı, T.Yaqublu və digərləri Avropada, ABŞ-da polisə tabe olmayan, yanlışlığa yol verən insanlara qarşı necə qəddarlıq edildiyini görmürlərmi? Fransada “sarı jiletli”lərin aksiyası zamanı polis yüzlərlə insanı türmələrə atdı, onlarla aksiya iştirakçısını ən sərt formada döyüb, şikəst etdi. Bu azmış kimi Fransa polisi aksiya iştirakçılarını gözyaşardıcı qazla, su şırnaqları ilə, rezin güllələrlə zərərsizləşdirməyə çalışdı. Hesablamaya görə, “sarı jiletli”lərin aksiyası zamanı 14 min 800 nəfər müxtəlif müddətlərə həbs edildi, 12 nəfər həyatını itirdi, 27 nəfər isə sağlamlığından məhrum olundu. ABŞ-da uşaq oyuncaq tapançanı polisə tuşladığı üçün, həmin uşaq polisin açdığı atəş nəticəsində həyatından məhrum oldu. İki yekəpər polis ABŞ-ın keçmiş prezidenti Barak Obamanın yerlisini döyüb öldürdülər. Hər il ABŞ-da, Almaniyada, Fransada, Norveçdə, İngiltərədə və digər özlərini demokratik, azad ölkə kimi təqdim edən ölkələrdə polis zorakılığından onlarla insan həyatını itirir, ömürlük şikəst olurlar. Bütün bunları Azərbaycanın dağıdıcı müxalif ünsürləri görmürlərsə, deməli, ya kar, ya da kordurlar.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB