Molla rejimi insan oğurluğunu dövlət siyasətinə çevirib KÖŞƏ

Hər zaman o fikri vurğulamışam ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün gərəkdir ki, Ermənistanın mövcudluğuna son qoyulsun, molla rejimi dünya siyasət səhnəsindən silinsin. Çünki bu iki irticaçı dövlət qaldıqca bəşəriyyət dinclik tapmayacaq. Hər zaman ölüm-itim olacaq, terror hadisələri və ya terrora hərbi, siyasi, maliyyə dəstəyi göstərilməklə insanların həyatına son qoyulacaq, partlayışlar, dağıntılar olacaq. Nəyin imtahanıdırsa sağımızda molla rejimi terror fəaliyyəti ilə meydan sulayır, solumuzda terroru dövlət siyasətinə çevirib dinc insanları qətlə yetirən Ermənistan dayanır. 30 il erməni terror dəstələri işğal etdikləri Azərbaycan ərazilərində daşı-daş üstə qoymadılar. Ağdamı, Füzulini Qafqazın Xirosimasına çevirdilər, məscidlərimizi, tarixi abidələrimizi dağıdıb, insanların dişləri, dırnaqları ilə qurduqları evlərini talan edib, yandırdılar. 44 ildir ki, güneyli soydaşlarımız molla rejiminin basqısı altındadır. 44 ildir ki, gecələr evlərindən oğurlanan insanlar zindanlara salınır, naməlum şəraitdə qətlə yetirilir. Bu baxımdan, fars - molla rejimi öz vətəndaşları üçün həbsxanaya, işgəncə meydanına çevrilib. Terror dövləti xarici ölkə vətəndaşları üçün də təhlükə mənbəyidir. Çünki molla rejiminin meydan suladığı ərazilərə səfər edən hər bir xarici ölkə vətəndaşı ya öldürülə, ya da zindanlara atıla bilərlər. Hesablamalara görə, 2018-ci ildən ötən müddət ərzində fars-molla rejimi 1764 xarici ölkə vətəndaşını oğurlayaraq zindanlara atıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, oğurlanan insanlara sonradan casus damğası vurulur. Ona görə də Cənubi Azərbaycanda dövlətçiliyimiz bərpa olunana qədər insanlar o yerlərə səfər etməkdən çəkinməlidirlər. 4 aya yaxındır ki, oğurlanaraq zindana atılan Fərid Səfərlinin taleyi göstərir ki, Azərbaycan vətəndaşlarının doğma torpaqlara bəlli səbəblərə görə səfər etmələri təhlükəlidir. Nəzərə almaq lazımdır ki, dəfələrlə Azərbaycan vətəndaşları molla rejiminin ərazilərində problemlərlə üzləşiblər. 2008-ci ildə molla rejiminin şirkətin dəvəti ilə Tehrana səfər edən azərbaycanlı alim Rəşid Əliyev qondarma ittihamla həbs olunmuşdur. 2012-ci ildə ədəbi tədbirə dəvət olunan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacıyev Tehran şəhərində həbs olundular. 2013-cü ildə AMEA-nın əməkdaşı Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov Tehranda olarkən yenə də qondarma ittihamla həbs edildilər. Hazırda isə eyni aqibəti Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli yaşayır. Artıq sübuta yetirilib ki, Fərid Səfərli molla rejiminin xüsusi xidmət orqanlarının qurduqları məkrli planları əsasında həbs edilib. O sevdiyi qızın dəvəti ilə molla rejiminin ərazisinə daxil olub və bu zaman oğurlanmış, 3 ay sonra isə ona qarşı “casusluq” ittihamı élan olunmuşdur. Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib ki, onlar bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məktub alıblar: “Məktubda bildirilir ki, Fəridi İranda casusluq maddəsi ilə həbs ediblər. Oğluma qarşı irəli sürülən ittiham saxtadır. Mənim oğlum casus deyil. İqtisadiyyatı bitirib, yəni heç siyasi fəaliyyəti belə olmayıb. Hər normal insan kimi yaşadığı planetdə nə baş verdiyini bilmək üçün xəbər oxuyur. Onun siyasətlə əlaqəsi bu qədərdir. Casusluq ittihamı absurddur. Mən əminəm ki, son zamanlar İran-Azərbaycan əlaqələrinin kəskinləşməsi səbəbindən mənim oğlum orada saxlanılıb. Bir növ bizim ölkəmizə göz dağı verilir. Ümid edirəm ki, Azərbaycan öz vətəndaşını orada çarəsiz vəziyyətdə qoymaz”.

Budur, molla rejiminin əsl siması və üzü. Belə qəddar rejim dünya tarixində heç zaman olmayıb. Belə rejimlər süqut etməyincə, dünya dinclik tapmayacaq. Sakitliyin və təhlükəsiz həyatın təmin olunması üçün gərəkdir ki, beynəlxalq aləm bir araya gəlsin. Birlikdə Ermənistan və fars-molla rejimi kimi terror yuvaları dağıdılsın. Bu halda F.Səfərli kimi minlərlə gənc sakit, rahat həyatlarına qovuşa bilər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə