Artıq Paşinyanın əlindən konyakı alın! KÖŞƏ YAZISI

Cəbhədə yenidən gərginlik yaşandı və bu gərginlik növbəti dəfə Ermənistanın təxribatı nəticəsində baş verdi. Artıq məqsəd də bəllidir - sülhə imza atmamaq və mövcud vəziyyəti uzunmüddətli məcraya salmaq. Amma Ermənistan buna nail ola biləcəkmi? Üstəlik, 3 yaralımızın və bir şəhidimizin olduğu təxribat fonunda İrəvan Bakının bir daha sərt və qətiyyətli cavab verəcəyini bilmirmi? Söz yox ki, bilir və ində də hər zaman olduğu qədər yapışacaq xarici ölkələrin ətəyindən. Bəs qoymayın, Azərbaycan erməni xalqına qarşı "aqressiya" siyasətini aparır və s...

Belə məqamlarda isə Nikol Paşinyanın ənənəvi planları işə salınır. Daha doğrusu, təxribat planını qurur, hətta öncədən bəyanatını da hazır edir və...

Əvvəlcədən hazırlanmış "operativ" bəyanat

Və başlayır Azərbaycana qarşı sərsəm fikirlərini deməyə. Məsələn, Paşinyan bu dəfə nə dedi? Beləliklə, erməni baş nazir müəyyən olunmamış sərhəddə - Zod istiqamətində baş verən təxribata "operativ", yəni əvvəlcədən hazırladığı bəyanatını səsləndirərək dedi ki, "günahkar Azərbaycanıymış" (?!)

Məhz bu iddiadan da ehtimal etmək olar ki, Nikol çox sevdiyi erməni konyakının güclü sərxoşluq təsiri altında dəm vurub. Çünki həyasızlığın da bir həddi olar, bu həyasızlığın isə nə həddi var, nə də hüdudu!

Azərbaycan Vaşinqtonda öz istədiyinə nail olubsa, onda əldə edilmiş tərəqqiyə nəyə görə badalaq vursun ki (?)

Sən demə, "Bakı bu yaxınlarda Vaşinqton prosesində əldə edilmiş tərəqqini pozmağa can atır, üstəlik, qarşıdan gələn Brüssel və Kişinyov görüşlərini də sual altında qoyur...".

İndi isə bu sərxoşun irəli sürdüyü iddialarının detallı təhlilinə keçək. Misal üçün, Vaşinqtonda baş tutan danışıqlardan sonra həmin Paşinyan deyilmiydi ki, Azərbaycanın "kompromisə" getmədiyini və istədiyinə nail olduğunu deyirdi? Bəli, bu, məhz həmin Paşinyandır!

Yaxşı, əgər erməni baş nazirinin dediyi kimi, Azərbaycan Vaşinqtonda öz istədiyinə nail olubsa, onda əldə edilmiş tərəqqiyə nəyə görə badalaq vursun ki (?) Yəni, niyə sərxoş Nikolun dediyi kimi, "təxribata" əl atsın? Axı Bakı zatən istədiklərinə nail olub və olmaqda da davam edir!

Günah isə artıq Azərbaycandan getdi!

Demək ki, Ermənistanın baş naziri bu dəfə çox sevdiyi konyakı "peredozirovka" edib və özü-özünü tələyə salıb. Hətta dolayısı ilə etiraf edib ki, Zoddakı təxribatın törədilməsi üçün qırmızı düyməyə də özü basıb! Nə edək, qoy bir az da belə düymələrə bassın. Basdıqca həm özünü, həm ölkəsini, həm də xalqını çıxılmaz, hətta dəhşətli vəziyyətə doğru sürükləyir. Azərbaycanın suveren ərazisində qurduğu Laçın sərhəd keçid məntəqəsinin "qanunsuz" olduğunu deyir və s. Günah isə, artıq Azərbaycandan getdi!

Afət Tahirqızı

PS. Yeri gəlmişkən, Paşinyanın naz-qəmzəsi ilə oynayanlar da, artıq bu sərxoş alkoqolikin əlindən konyak şüşəsini alsınlar. İçib özünü itirir və ifşa edir....

Bütün xəbərlər Facebook səhifəmizdə