Moskva da, Vaşinqton da bunu çox gözəl bilir... - KÖŞƏ YAZISI

RSK-nın yeni təyin olunmuş general-polkovniki Lentsov axır ki, Bakıya uçdu. Bu hadisə Azərbaycan Müdafiə Nazirliyinin saytında bir neçə maraqlı məqamlarla işıqlandırılıb. Ən əsası isə Lentsovun diqqətinə çatdırılıb ki, RSK-nın Azərbaycan ərazisində mövcudluğu müvəqqətidir.

İcevanlı inadkar telefon operatoru iş başında

Rusiyanın general-polkovniki isə "İcevanlı inadkar telefon operatoru" kimi adlandırılan erməni baş nazir Paşinyanın xahişlərini yerinə yetirə bilməyib. Buna daha bir səbəb Ermənistan hökumətinin gah ABŞ, gah da Rusiya arasında var-gəl etməsidir...

Beləliklə, Paşinyan elan edib ki, o, artıq Moskvaya bilet alıb, lakin Moskvanın onu necə qarşılayacağı da indidən bəllidir.

Ola bilsin ki, Moskva Azərbaycan Prezidenti İlham Əliyevin də Rusiyanın paytaxtına səfər edəcəyini bildiyi üçün Bakıdan cavab gözləyir və eyni zamanda, Azərbaycan Prezidentinin əsla geri addım atmayacağını da anlayır!

Hələ qarşıda mümkün Kişinyov görüşü var...

Üstəlik, Paşinyanla Əliyev arasında Moskva görüşündən sonra baş verə biləcək mümkün Kişinyov görüşü də var. Və eyni zamanda, Laçın-Xankəndi yolu məsələsi də artıq Azərbaycanın tam nəzarətindədir.

Hər şey zatən bəllidir - Azərbaycan öz qəti sözünü deyib və Ermənistanın özünü dağa-daşa çırpması da əbəsdir. Əslində isə bu reallığı Moskva da Vaşinqton da çox gözəl bilir...

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə