Roma Papası Fransiskin Yaponiyaya səfəri iki dövlət arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək - Yoşihide Suqa

"Roma Papası Fransiskin Yaponiyaya noyabrın 23-dən 26-dək gözlənilən səfəri iki dövlət arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək".

SİA xəbər verir ki, bu barədə bəyanatla Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa bəyan edib.

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Vatikan Roma Papası Fransiskin noyabrın 19-dan 26-dək Tailanda və Yaponiyaya səfəri barədə məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər noyabrın 23-dən 26-dək baş tutacaq. Səfər zamanı Tokioyaya gələn Papa Yaponiya İmperatoru Naruhito və Baş nazir Şinzo Abe ilə görüşəcək, 1945-ci ildə atom bombasının atıldığı Hiroşima və Naqasaki şəhərlərini ziyarət edəcək.

“Ümid edirik ki, Roma papasının səfəri Yaponiya ilə Vatikan arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirməyə şərait yaradacaq”, - deyə Y.Suqa bildirib.

Qeyd edək ki, indiki Roma Papasını Baş nazir Şinzo Abe dəfələrlə, o cümlədən 2014-cü ildə Vatikana səfəri zamanı Yaponiyaya dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə