Rəcəb Tayyib Ərdoğan: “Biz, boynuna boyunduruq vurulmasındansa, boynunun vurulmasını seçən bir millətik”
Türkiyədə dolların "oynadığı", qızılın enib-qalxdığı, bazarlarda qiymətlərin alışıb-yandığı bir vaxtda Qurban Bayramını da yola saldıq. Hətta Türkiyədə xəbərlərin əsas mövzularından olan “bayramba qiymətlər qalxıb, şokolad bahalaşıb, "Qapalı Çarşı"da son vəziyyət necədir?”, kimi gündəlik xəbərlərdən çox məsələni anlaya bilirdik. Qardaş ölkədə son dövrlərdə nələr olur mövsuzunda hətta belə şeylər də deyilir:
- Türkiyə iqtisadi böhranla qarşı-qarşıyadır, artıq batır, artıq özünü yığıb yığışdıra bilməz. Bundan sonra Türkiyənin vəziyyəti, halı necə olacaq da deyilir. Hətta Türkiyə bundan sonra daha yaşaya bilməz də deyilir. Bütün bunlara rəğmən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyilənlərə cavab olaraq son nöqtəni qoydu. O, Qurban Bayramı ərəfəsində öz çıxışında xalqına dəstək olacaq, əhvalları yüksəldəcək, Bayramı bayram edəcək cümlələr qurdu və öz ürək sözlərini dedi. İndi gəlin onun maraqlı nitqinə bir nəzər salaq: "Rəbbimizin müjdəsi olan Qurban Bayramının rəhmət və bərəkətinin çətinliklərimizdən qurtuluşumuza vəsilə olmasını diləyirəm. Türk Milləti, yaxşı gündə də, pis gündə də birlik ola bilmə, birləşə bilmə, tək ürək, tək yumruq kimi hərəkət edə bilmə qabiliyyəti sayəsində minlərlə ildir ayaqda qalmağı bacarıb. Necə ki, son illərdə qarşılaşdığımız hər hücumu, hər zərbə cəhdini, hər tələni bu sayədə aradan qaldırdıq. Həmd olsun, bu gün də millətimiz eyni ərdəmli rəftarı göstərir. Qurban Bayramımızın dərhal ardından 947-inci ildönümünü şəxsən yerində idrak edəcəyimiz Malazgirt zəfərimizdən bu yana, nə qədər hücumlara, müharibələrə, təpkilərə sinə gərməyimiz bəlli olan bir millətik. Azadlığımızın simvolları olan azanımıza və bayrağımıza istiqamətli hər hücuma eyni əzm, dayanıqlılıq və mübarizliklə cavab vermişik. Önümüzdəki həftə 96-cı ildönümünə çatacağımız 30 Avqust Zəfəri də, vətənimizə sahib çıxma iradəmizin təzahürlərindən biriydi. 15 İyulda, keçmişdən gələcəyə qurduğumuz körpünü və coğrafiyamızdakı min illik varlığımızı canımız bahasına qoruma dayanıqlılığımızı bir millət kimi, bir daha göstərdik. İqtisadiyyatımıza istiqamətli hücumun, doğrudan azanımıza və bayrağımıza istiqamətli hücumlardan heç bir fərqi yoxdur. Məqsəd eynidir. Məqsəd, Türkiyəni və Türk millətlərini çökdürmək, əsir və əsarət atlına almaqdadır. Biz, boyununa boyunduruq vurulmasındansa, boyunun vurulmasını seçən bir millətik. Tarixlər boyu türk millətləri belə olub və bundan sonra da belə olacaq. Terror təşkilatlarıyla, içimizdəki xəyanət şəbəkələriylə, min bir hiyləylə, bicliklə, tələlərlə çökdürə bilmədikləri Türkiyəni, kurs quruyla bəs etdirəcəklərini sananlar, yanıldıqlarını, ən böyük səhv etdiklərini çox yaxında görəcəklər. Allahın icazəsiylə, ölkəmiz bunların hamısının da öhdəsindən gələcək gücə, imkana, quvvəyə və birliyə malikdir. Yetər ki, biz bir olaq, iri olaq, diri olaq, qardaş olaq, birlikdə Türkiyə və türkdilli xalqların birliyi olaq. Bu vəsiləylə, Həcc ziyarətini yerinə yetirmək üçün mübarək torpaqlarda olan qardaşlarımızın ibadətlərinin qəbul və məqbul olmasını Rəbbimdən niyaz edirəm. Tezliklə qələbə Türkiyənin və türk dilli xalqların olacaq. Çünki XXI əsr türkdilli xalqların əsridir. Bizi heç kim çökdürə bilməyəcək...". Mən də bir ziyalı və yazar kimi hörmətli prezident Rəcəb Tayyib Ərdoğanın fikirlərinə qatılıram. Türklər və Türkiyə bu zamana qədər neçə-neçə dəhşətli hadisələri sovuşdurmuş, nələrə sinə gəlmiş bir millət və dövlətdir. Buna təbii ki, iqtisadi böhranlar da daxildir.
Həmin iqtisadi böhranları yada salmaq istəyirəm: - 1929-cu il böhranı, 1946-1954 və 1958-ci il böhranları, 1969-1974-1978 və 1980-cı il böhranları, 1986, 1988-1989 və 1991-ci il böhranları və ən əhəmiyyətlisi, yaxın zamanın ən böyük böhranlarından biri olan 2001-ci il böhranı oldu. Türkiyə bu günə qədər təkcə keçən əsrdə ən azından 15 iqtisadi böhran dövründən keçdi və bu günlərə qədər itkilər versə də amma möhkəm addımlarla, özünə bir möhkəm yer əldə edərək gəlib çıxıb. Bu gün Türkiyə Cümhuriyyəti dünyanın ən aparıcı ölkələrindən biridir. Hər yerdə öz sözünü deyə bilir və öz gücünü göstərə bilir. Bunu onun düşmənləri gördüyünə görə Türkiyəni diz çökdürmək istəyirlər, amma bu artıq onlarda alınmır. Əslində onların hücumundan Türkiyə daha da qüdrətlənir, qüvvətlənir və bütün türkdilli xalqları öz ətrafına toplayır ki, Tüklər yer üzündə ən güclü xalqlardan biri olsunlar. Ümid edirik ki, bu yaradılan böhran dövrünü də müvəffəqiyyətlə sovuşduracaq, günəşli günlərə “mərhaba” deyəcəyik. Başqa bir yazıda görüşmək ümidi ilə, hüzur, xoşbəxtliklə və sağlıqla qalın! Var olsun Türkdilli xalqların sarsılmaz birliyi! Vaxtı ilə ulu sərkərdəmiz və şahımız Şah İsmayıl Xətai deyib: “Türkdilli xalqlar bir olsa, bütün millətlər onlarla hesablaşar və bu millət yer üzünə ağalıq edə bilər”. Artıq həmin zaman gəlib çatıb mənim əzizlərim!
Nərgiz QƏRİBLİ-QAYA
Bütün xəbərlər Facebook səhifəmizdə