30 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti olub FOTOLAR

Bakı şəhər Q.Qarayev adına Gimnaziyada Xətai rayonundakı 30 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərinin "İpək Yolu" kamera orkestri ilə hesabat konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Mədəniyyət İdarəsinin Elmi Metodiki Mərkəzinin direktoru, Bakı şəhər uşaq və incəsənət məktəblərinin direktorları iştirak ediblər.

30 saylı Uşaq Musiqi Məktəbinin direktoru Yusif Məmmədov çıxışında qeyd edib ki, bugünkü konsert məktəbin hesabat konsertidir, eyni zamanda bu tədbir Milli Qurtuluş Gününə həsr olunub: "Bu əlamətdar günü biz hər il təntənəli şəkildə qeyd edirik. Bizə bu günləri nəsib edən Ulu Öndərimizi böyük hörmətlə yad edirik. Bu gün insanlarımızın azad, firavan dolanmasının, şagirdlərimizin yaraşıqlı təhsil ocaqlarında təhsil almasının ən böyük səbəbkarı Ümummilli lider Heydər Əliyevdir".

Sonra 15 saylı Uşaq Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim Nadir Babayev çıxış edərək qeyd edib ki, son illər Respublikamızda mədəniyyət sahəsində böyük işlər görülüb: "Mən inanıram ki, bugünkü konsert alqışlarla qarşılanacaq".

Sonra N.Babayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikovun musiqi məktəblərində tədrisin, təhsilin inkişafı ilə bağlı qısa zamanda gördüyü işləri qeyd edib: "Heç təsadüfi deyil ki, Cəlil müəllim musiqi məktəblərinin hesabat konsertlərinin demək olar ki, hamısında iştirak edir, oz fikir, tövsiyyə və iradlarını bildirir".

Sonra hesabat konserti başlayıb. Respublikanın əməkdar artisti Vaxtanq İmanovun drijorluq etdiyi orkestrin müşaiyəti ilə şagirdlər bəstəkar və xalq mahnılarnı ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə