Kitab alimin 80 illiyinə həsr olunub

“Milli musiqişünaslığımızın iftixarı” adlı kitab ictimaiyyətə təqdim olunub. SİA-nın məlumatına görə, kitabın tərtibçisi, görkəmli musiqişünas-alim, Xalq artisti Ramiz Zöhrabovun qızı Leyla Zöhrabovadır.

Kitab alimin anadan olmasının 80 illiyinə həsr olunub. Kitabda mərhum Ramiz Zöhrabovun müxtəlif illərdə həm ölkəmizdə, həm də rus dillərində jurnal, qəzet və kitablarda musiqişünaslar, bəstəkarlar, ifaçılar haqqında dərc olunan seçilmiş elmi-publisistik məqalələri öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...