Ukraynada hazırkı vəziyyət nəzarət altındadır

Ukraynada və onun ətrafında hazırkı vəziyyət nəzarət altındadır və panikaya səbəb yoxdur.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra "Rada" telekanalında çıxışı zamanı deyib.

V.Zelenski bildirib: "Bu iclasın yekunu media məkanı üçün səs-küylü qərarlar deyil, cəmiyyətimiz və vətəndaşlarımız üçün çox vacib nəticələr olub: hər şey nəzarət altındadır, panikaya əsas yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə