ABŞ-da heykəl altında 1887-ci ilə aid Zaman Kapsulu tapıldı - VİDEO
Amerikanın daxili strukturlarından biri olan Robert E. Linin Virciniyadakı heykəlinin içindəki zaman kapsulu açılıb. SİA “Euronews”-a istinadən xəbər verir ki, Virciniya Tarixi Sərvətlər Departamentinin rəsmisi Keyt Ridqvey qutunun ölçülərinin və yerinin tarixi məlumatlarla üst-üstə düşdüyünü söyləyib. Keyt Ridqvey jurnalistlərə "Bu, axtardığımız qutuya bənzəyir" dedi.
Açılan qutunun içərisində müxtəlif sənədlər, metal Konfederasiya sikkələri, iki qravüra, məktublar, qəzet parçaları və kitablar var idi.
Ştatın paytaxtı Riçmond şəhərinin Avenyu prospektində yerləşən heykəlin bünövrəsi sökülərkən, daha əvvəl daha bir kapsul tapılmışdı. Hər iki kapsulun 1987-ci ildə yerləşdirildiyi təxmin edilir.
1887-ci ilə aid bir qəzet heykəlin altındakı zaman kapsulunda vətəndaş müharibəsi dövrünə aid bir çox əşya ilə birlikdə Respublikaçılar Partiyasının ilk prezidenti Abraham Linkolnun fotoşəkilinin olduğunu yazıb. Bu qəzetdəki məlumatlara əsaslanaraq, səlahiyyətlilər heykəlin altında basdırılmış qutunu ötən gün qazaraq çıxarıblar.
Ötən il qaradərililərə qarşı ədalətsizliyə etiraz zamanı heykəlin götürülməsi tələbləri artıb.
ABŞ Vətəndaş Müharibəsində köləlik tərəfdarı olan konfederasiya qüvvələrinin tərəfində vuruşmuş general Robert E. Linin bürünc heykəli 1890-cı ildən bəri Riçmonddakı Avenyu prospektində nümayiş etdirilir.
General Robert E. Linin mübahisəli heykəlinin götürülməsinə hazırlıq ilk dəfə ötən ilin yayında elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB