Başqaları üçün toy məclisləri təşkil etmək “adi haldır”...

ABŞ prezidenti belə hesab edir. Tramp əmin edib ki, oğlu artıq Putinin oliqarxına Baham adalarındakı toyunun pulunu ödəyib...
Başqaları üçün toy məclisləri təşkil etmək “adi haldır”...

...ABŞ prezidenti Donald Tramp oğlunun artıq pulu Putinlə əlaqəli rusiyalı oliqarx Umar Kremlevə qaytardığını açıqladı. Kreml Bettina Andersonla toyunu qeyd etdiyi Baham adasının icarə haqqını ödəyib.

SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Tramp hesab edir ki, başqaları üçün toy məclisləri təşkil etmək “normal”dır.

Buna görə də, Donald Trampın toy məclisi üçün ada icarəyə götürmək “tamamilə məqbuldur”.

BBC jurnalistləri bu məlumatı təsdiqləmək üçün Donald Trampla əlaqə saxlasalar da, hələ cavab ala bilməyiblər.

Qeyd olunur ki, Amerika prezidentinin böyük oğlu fərdi vətəndaşdır, ona görə də o, əcnəbilərdən hədiyyələr qəbul edə bilər. Lakin bəziləri prezidentin oğlunun dövlət başçısı ilə əlaqəli əcnəbidən bahalı hədiyyə qəbul etməsi halında maraqların toqquşması ola biləcəyini irəli sürüblər.

Xatırladaq ki, Amerikanın araşdırma jurnalistikası saytı ProPublica əvvəllər Donald Trampın Bettina Andersonla toyunun 2026-cı ilin may ayında Baham adalarındakı bir adada baş tutduğunu aşkar etmişdi.

Adanın iki günlük kirayə haqqını rusiyalı oliqarx Umar Kremlev (2010-cu ilə qədər Lütfülloyev kimi tanınırdı-A.B.) ödəyib. Mediada onun Vladimir Putinlə yaxından tanış olduğu iddia edilir.

Anderson bu məlumatı təsdiqləyərək bildirib ki, rusiyalı oliqarx onlara "son dərəcə səxavətli toy hədiyyəsi" verib. Yeni evlənənlər Kremlevin Baham adalarında 50 qonağın da daxil olduğu iki günlük toy məclisinin xərcini ödədiyini etiraf ediblər.

Demokratlar araşdırmaya başlayıblar...

İstintaqın dərc olunmasından sonra ABŞ Konqresindəki demokratlar Umar Kremlevin prezidentin oğlunun toyunda maliyyə iştirakı ilə bağlı araşdırmaya başlayıblar.

Reuters qeyd edir ki, araşdırma toy şənliklərinin maliyyələşdirilməsi ilə bağlı məlumatlarla bağlıdır. Tramp əvvəllər Kremlevi tanımadığını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə