Avstriyada iyirmi bir rus casusu müəyyən edilib.

Siyahı orduya təhvil verilib.
Avstriyada iyirmi bir rus casusu müəyyən edilib.

...Avstriya Müdafiə Nazirliyi Rusiya kəşfiyyatının Avstriya hərbi qulluqçularını cəlb etmək və ya onlardan məlumat almaq cəhdlərinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib. Nazirlik Rusiya kəşfiyyat xidmətlərinin casusluq fəaliyyəti ilə məşğul olan 21 rus diplomatla bağlı məlumat paylayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avstriyanın "Der Standard" qəzeti bildirib.

Rus casuslarının siyahısı Avstriya Müdafiə Nazirliyinin bütün işçilərinə, eləcə də 23.000 ehtiyatda olan hərbçiyə göndərilib.

Hərbçilərdən Rusiya diplomatik korpusunun nümayəndələrinin onlarla əlaqə qurmaq üçün mümkün cəhdlərinə diqqət yetirmələri xahiş olunub.

Əgər siyahıda göstərilən şəxslərdən hər hansı biri hərbçini tanıyırsa və ya onunla birbaşa əlaqə qurmağa cəhd edibsə, məktubu alan şəxsdən bu barədə Avstriya əks-kəşfiyyatına məlumat verməsi xahiş olunub.

Avstriyanın müdafiə naziri Klaudiya Tanner Rusiya kəşfiyyat zabitləri ilə Avstriya hərbçiləri arasında mümkün əlaqələrlə bağlı narahatlıqlarını təsdiqləyib.

O, qeyd edib ki, Rusiya kəşfiyyat xidmətlərinin fəaliyyəti ölkədəki vəziyyəti qeyri-sabitləşdirməyə və rus rəvayətlərini yaymağa yönəlib.

Öz növbəsində Sosial Demokrat Partiyası və Yaşıllar Avstriya hökumətindən hərbçilərlə Rusiya casusları arasında mümkün əlaqələri hərtərəfli araşdırmağı tələb ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə