"Məhdudiyyətlərdən narahatıq" - Rubinyandan Matviyenkoya ETİRAZ

"Məhdudiyyətlərdən narahatıq" - Rubinyandan Matviyenkoya ETİRAZ

Ermənistan parlamentinin spikeri Ruben Rubinyanla Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında telefon danışığı baş tutub. SİA Ermənistan parlamentinin rəsmi açıqlamasına istinadən xəbər verir ki, telefon danışığında Ermənistan və Rusiya arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.

Rubinyan həmkarına Ermənistan mallarının Rusiya bazarına ixracına məhdudiyyətlərin qoyulmasından narahatlığını bildirib və bunun Avrasiya İqtisadi İttifaqının tənzimlənməsi çərçivəsində həllinin vacibliyini vurğulayıb. Bundan əlavə, spikerlər Ermənistanın Avropa Birliyinə üzvlük prosesi ilə bağlı məsələlərdən danışıblar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə