Bu, müsəlmanlara qarşı nifrətdən daha çox gülüşə səbəb ola bilər

İstifadəçilər islamofobların süni intellektdən istifadə edərək müsəlmanları ləkələmək cəhdini ifşa ediblər...
Bu, müsəlmanlara qarşı nifrətdən daha çox gülüşə səbəb ola bilər

...Böyük Britaniyada süni intellekt tərəfindən yaradılan məzmunla İslamofobiyanı alovlandırmağa çalışırlar.

Lakin keyfiyyət o qədər aşağıdır ki, müsəlmanlara qarşı nifrətdən daha çox gülüşə səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yahoo xəbər verir.

Bu yaxınlarda London metrosunda dua edən müsəlmanların videosu sosial mediada yayıldı.

Başlıqda belə yazılıb: “Müsəlmanlar London metrosunu bağladılar. Bunlar Sadiq Xanın qanunlarıdır. Biz ölkəmizi geri almalıyıq.”

Lakin istifadəçilər tez bir zamanda yalanı ifşa etdilər. …Videodakı ibadət edənlər qibləyə deyil, fərqli istiqamətlərə baxaraq dua edirdilər. Bir kişinin əlində altı barmaq var idi. Bir qadın sərnişin fərqli ayaqqabı geyinmişdi. Müsəlmanların döşəkləri eyni naxışlara malik idi. Qatar vaqonunun içi Britaniya paytaxtında istifadə edilənlərdən xeyli fərqli idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə