Sorğu: Britaniyalıların 38 faizi gələcək Baş naziri tanımır

Sorğu: Britaniyalıların 38 faizi gələcək Baş naziri tanımır

Böyük Britaniyada keçirilən yeni sorğunun nəticələrinə görə, britaniyalıların 38 faizi iyulun 20-də Baş nazir vəzifəsini icra etməyə başlayacaq Endi Börnhamı tanıya bilməyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “The Independent” qəzeti üçün “JL Partners” şirkəti tərəfindən aparılan sorğuda iştirakçılara Endi Börnhamın fotosu göstərilərək onun kim olduğu soruşulub. Respondentlərin təxminən dörddə ikisi onun adını düzgün deyə bilməyib. Bu da təxminən 18 milyon seçicinin gələcək Baş naziri tanımadığı anlamına gəlir.

Sorğuda bəzi iştirakçılar Endi Börnhamı televiziya aparıcısı və yazıçı Riçard Osman, Hollivud aktyoru Mel Gibson və “Amazon” şirkətinin təsisçisi Ceff Bezos ilə səhv salıblar. Bir neçə nəfər isə onu hazırkı Baş nazir Kir Starmer kimi təqdim edib. Nəşrin qiymətləndirməsinə görə, sorğunun nəticələri Endi Börnhamın hökumətə rəhbərlik etməyə başlamazdan əvvəl ictimaiyyət arasında tanınmasını artırmaq üçün ciddi səylərə ehtiyac duyacağını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə