Lavrov Belarus rejiminin Kremlin müttəfiqi olduğunu bəyan edib...

Rusiya xarici işlər naziri Lukaşenko rejiminin Ukraynaya qarşı müharibədə iştirakı ilə bağlı açıqlama verdi...
Lavrov Belarus rejiminin Kremlin müttəfiqi olduğunu bəyan edib...

...Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva özünü Rusiyanın "müttəfiqi" adlandıran, lakin Ukraynaya qarşı müharibədə iştirak etməyən Minskin mövqeyini tam başa düşür.

SİA xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri jurnalistlərə bildirib.

...Bizim çox aydın mövqeyimiz var. Lukaşenkonun müəyyən etdiyi yanaşmanı çox yaxşı başa düşürük: Belarus bizim müttəfiqimizdir, lakin Belarus müharibədə iştirak etmir, - deyə Lavrov bildirib.

Nazir həmçinin Belarus liderinin Minski münaqişəyə "sürükləmək" cəhdlərinə reaksiyasını xatırladıb.

...Əgər onlar onu münaqişəyə çəkmək istəyirlərsə, Aleksandr Qriqoryeviç artıq buna cavab verib: "Bu, asan olmayacaq", - deyə Lavrov bildirib.

Əvvəllər Lukaşenko dövlətin həmişə müharibəyə hazırlaşdığını, lakin bunu gələcək münaqişələrin qarşısını almaq üçün etdiyini bildirmişdi.

Lavrovla görüş zamanı Lukaşenko bildirib ki, "hər cür ajiotaj" fonunda Moskva və Minsk əvvəlcədən müəyyən edilmiş strategiyanı izləyir və prosesə xarici siyasət nazirlikləri rəhbərlik edir.

Lakin o, müəyyən hallarda müdafiə nazirliklərinin "irəli addım atdığını" etiraf edib.

May ayında Lukaşenko bildirib ki, əgər onun rejimi ərazisinə hücum edilərsə, müharibəyə girə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə