Gürcüstan Rusiyanın zeytun və zeytun yağı bazarına çıxmağı planlaşdırır

Gürcüstanın zeytun və zeytun yağı istehsalçıları Rusiya bazarına çıxmaqda maraqlıdır.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Giorgi Svanidze bildirib ki, Gürcüstan dünyanın ən keyfiyyətli zeytun və zeytun yağı istehsal edən ilk beş ölkəsindən biri hesab oluna bilər.

Onun sözlərinə görə, bu il zeytun məhsulunun 700 tona çatacağı proqnozlaşdırılır. Halbuki ötən mövsüm istehsal həcmi 250 tonu bir qədər keçmişdi.

Svanidze qeyd edib ki, şirkətin maraq göstərdiyi ixrac bazarları sırasında Yaxın Şərq ölkələri, Ukrayna, Polşa, Qazaxıstan, Rusiya, Rumıniya, Özbəkistan və Belarus yer alır.

Şirkət hazırda Gürcüstanda təxminən 1500 hektar zeytun bağına malikdir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə