Putin Rusiyanın Çindən asılılığı ilə bağlı suala cavab verib...

Rusiya lideri bildirib ki, “bu mövzuda danışmaq özünü gülünc hiss edir”...

...Rusiya liderı Vladimir Putin bəyan edib ki, Rusiya və Çin bərabər münasibətlərə malikdir.

SİA-nın məlumatına görə, bu, onun Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında moderatorun iki ölkə arasındakı "müstəmləkəçi" münasibətlər barədə sualına cavabı olub.

...Bu mövzu haqqında danışmaq mənim üçün hətta gülməlidir, - deyə Putin bildirib.

Onun sözlərinə görə, enerji sektorunda Rusiyadan gələn avadanlıqların payı Çin təchizatçılarının payından çoxdur. Bundan əlavə, Rusiya Çində nüvə elektrik stansiyaları tikir, - deyə Rusiya lideri vurğulayıb.

...Təbii ki, biz həmçinin etibarlı tərəfdaşlarımıza və dostlarımıza, o cümlədən Çin şirkətlərinə müraciət edirik. Biz informasiya mübadiləsi aparırıq, texnologiyalar mübadiləsi aparırıq və bunu davam etdirəcəyik, - deyə Putin əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə